| 20 noyabr faciəsindən 17 il ötür.Hadisə 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş verib. Ermənilərin “Mİ-8” vertolyotunu partlatması nəticəsində Azərbaycanın dövlət və hökumət nümayəndələri, digər tanınmış şəxslər həlak olub. Terror aktının qurbanı olan 22 nəfərin arasında jurnalistlər, Rusiya və Qazaxıstandan olan müşahidəçilər və heyət üzvləri də vardı. Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, telejurnalist Alı Mustafayev də terror zamanı həlak olanlar sırasındadır. Hadisədən 17 il keçməsinə baxmayaraq, indiyədək terror aktının üstü tam açılmayıb və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi digər soyqırımlar kimi, bu cinayəti törədənlər də cəzasız qalıblar.
|